Böyük Britaniya COP29

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

Bakı. TurkicWorld:

Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri və xəzinədarlıq nazirinin maliyyə katibi ilə görüşdə COP29 çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermorla görüşüb.

Qarşılıqlı strateji iqtisadi münasibətlərin intensiv inkişafından məmnunluq ifadə edilib. Böyük Britaniya ilə ticarət, investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.

Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksək qiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Mövzuya görə xəbərlər