Bakı, TurkicWorld
“Ölkəmizin təhlükəsizliyi və vətəndaşlarımızın əmin-amanlığı üçün sərhəddən kənar əməliyyatlar hər zaman gündəmimizdədir. Təhdid hiss etdiyimiz anda əməliyyatlara başlamaq üçün hazırlığımız mövcuddur”.
TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib.
Həmçinin Ərdoğan, sərhəd təhlükəsizliyi və milli təhlükəsizlik məsələlərinin Türkiyə üçün əsas prioritet olduğunu vurğulayıb.