Bakı, TurkicWorld
Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, ölkədaxili və sərhədyanı əməliyyatlarla 48 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Bununla da ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 2505-ə çatıb.
TurkicWorld xəbər verir ki, Milli Müdafiə Nazirliyinin mətbuat konfransında son bir həftədə PKK/KCK/PYD-YPG başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı daxili və sərhədyanı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 48 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, yanvarın 1-dən indiyədək 1299-u Şimali İraqda, 1206-sı isə Suriyanın şimalında olmaqla 2505 terrorçu zərərsizləşdirilib.