Borrell Qəzzadakı dağıntıları II Dünya Müharibəsində Almaniya ilə müqayisə edib

Borrell Qəzzadakı dağıntıları II Dünya Müharibəsində Almaniya ilə müqayisə edib

Bakı. TurkicWorld:

Qəzzadakı şəhərlər İkinci Dünya Müharibəsi zamanı alman şəhərlərindən daha çox dağıdılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.

Borrell onu da qeyd edib ki, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə görə Qəzzanın infrastrukturunun yenidən qurulması xərcləri 90 milyard dollar (84 milyard avro) təşkil edir.

“Fiziki infrastrukturun 60%-dən çoxunun zədələndiyini, 35%-nin isə tamamilə dağıldığını deyə bilərik. Bir daha təkrar etməliyik ki, İsrail beynəlxalq hüquqa hörmət etməli, bütün mülki şəxslərin və bütün humanitar işçilərin müdafiəsini təmin etməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01