BAKI,TurkicWorld
Müasir dövrdə qarşıda duran çağırışlar da kifayət qədər ciddi və çoxşaxəlidir. Rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə yeni tələblər irəli sürür.
TurkicWorld xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil:
"Son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılıb, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə genişləndirilib, institusional mexanizmlər gücləndirilib və bu siyasət real sosial nəticələrlə müşayiət olunub. Bu nəticələrin əldə olunması üçün Dövlət Komitəsi mərkəzi icra hakimiyyəti orqanı kimi öz əlaqələndirici və monitorinq funksiyalarını layiqincə yerinə yetirməyə çalışıb.
Qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf təmin edilə bilməz. Uşaqların hüquqları və rifahı qorunmadan isə gələcəyimizi etibarlı şəkildə qurmaq mümkün deyil".






