Son dəqiqə

Ermənistan Nikol Paşinyan Ermənistan-Azərbaycan Şahin Mustafayev

Şahin Mustafayevin Ermənistana səfəri çox mühüm hadisədir - Paşinyan

BAKI,TurkicWorld

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinin çox mühüm bir hadisə olduğunu bildirib.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, o bu barədə brifinqdə danışıb.

"İki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi məntiqi çərçivəsində tarixi hesab edirəm. Bu mərhələyə çatdığımız üçün çox şadam", – deyə o bildirib.

Paşinyan bildirib ki, normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurulmalıdır.

Mövzuya görə xəbərlər