Ərdoğan Ştaynmayerlə Türkiyə-Aİ münasibətlərini müzakirə edəcək

Ərdoğan Ştaynmayerlə Türkiyə-Aİ münasibətlərini müzakirə edəcək

Bakı, TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, rəsmi danışıqlarda, Türkiyə və Almaniya arasında ikitərəfli əlaqələr müzakirə olunacaq və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər qiymətləndiriləcək.

Bundan əlavə, İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki son vəziyyət, Ukrayna ilə Rusiya arasında davam edən müharibədə son hadisələr, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər də müzakirə olunacaq.

Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 22 aprel tarixində Türkiyəyə rəsmi səfər edib.

X: Lamanasadli01