Terrorla mübarizədə Almaniyadan daha çox dəstək gözləyirik - Ərdoğan

Terrorla mübarizədə Almaniyadan daha çox dəstək gözləyirik - Ərdoğan

Bakı. TurkicWorld:

PKK, YPG, FETÖ kimi terror təşkilatları ilə mübarizədə Almaniyadan daha çox həmrəylik gözləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Biz Türkiyə cəmiyyətinin bərabər iştirakla inteqrasiyasına önəm verir və təşviq edirik. Avropada olduğu kimi Almaniyada da artmaqda olan islamafobiya və ksenofobiya ilə bağlı narahatlığımız artır", - deyə o vurğulayıb.

Ərdoğan onu da qeyd edib ki, görüş zamanı Türkiyə-Aİ əlaqələri də müzakirə edilib.

"Bundan əlavə, Gömrük İttifaqı və viza rejiminin liberallaşdırılması məsələlərini müzakirə etdik. Regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi apardıq", - deyə o vurğulayıb.

X: Lamanasadli01