Türkiyə XİN Pakistanda baş verən son terror aktlarını pisləyib

Türkiyə XİN Pakistanda baş verən son terror aktlarını pisləyib

Bakı. TurkicWorld:

Pakistanda baş verən son terror aktlarını qətiyyətlə pisləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə qardaş Pakistanın təhlükəsizliyini və sabitliyini dəstəkləməyə davam edəcək və terrorla mübarizədə Pakistan xalqını hər zaman dəstəkləyəcək", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Pakistanın şimal-qərbində kamikaze terrorçunun törətdiyi partlayış nəticəsində beş çinli işçi və onların yerli sürücüsü həlak olub.

X: Lamanasadli01