Ankarada axtarışda olan 877 nəfər saxlanılıb

Ankarada axtarışda olan 877 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyə polisinin Ankarada son bir həftə ərzində keçirdiyi əməliyyat nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 877 nəfər yaxalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ankara Valiliyi açıqlayıb.

Saxlanılanlar arasında 20 il və daha çox müddətə azadlıqdan məhrum edilən beş nəfər, 10 il və daha çox müddətə azadlıqdan məhrum edilən 17 nəfər, 5-10 il müddətinə azadlıqdan məhrum edilən 40 nəfər, beş ilə qədər azadlıqdan məhrum edilən 291 nəfər var.

X: Lamanasadli01