Son dəqiqə

Türkiyə partlayış

Türkiyədə yaşayış binasında partlayış baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yaşayış binasında partlayış baş verib.

TurkicWorld xəbər verir ki, partlayış nəticəsində mənzilə ziyan dəyib, içəridə olan bir nəfər ağır yaralanıb.

Məlumata əsasən, binadakı digər mənzillərin şüşələri sınıb və əraziyə çoxlu sayda polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Yaralı təcili yardımla Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Partlayışın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər