Son dəqiqə

Türkiyə TUSAŞ KAAN

KAAN ikinci uçuşunu həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN uğurla həyata keçirib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 2023-cü il 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər