Türkiyədə daha 3 terrorçu zərərsizləşdirilib

Türkiyədə daha 3 terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşım edilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib”,-deyə paylaşımda qeyd olunub.