Ərdoğan sabah Qaziantepdə 11 min mənzilin təhvil mərasimində iştirak edəcək

Ərdoğan sabah Qaziantepdə 11 min mənzilin təhvil mərasimində iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sabah 6 fevral zəlzələsində böyük ziyan görən Qaziantepdə 11 min daimi yaşayış məskəninin ilk hissəsini təhvil verəcək.

TurkicWorld-un məlumatına görə, 6 fevral 2023-cü il zəlzələsindən sonra Qaziantepdə, ümumilikdə 6 min 114 bina dağılıb. Ağır ziyan görən binaların sayının 14 min 319 olduğu bölgədə, ümumilikdə 25 min 953 bina sökülüb.

İlk mərhələdə sökülən binalar üçün 25 min 700 evin tenderi keçirilib və tikintiyə başlanılıb. Zəlzələnin birinci ildönümündə bu evlərdən 11 mini tamamlanaraq benefisiarlarına təhvil verilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_