Son dəqiqə

İHH

2023-cü ildə İHH Suriyada 600 minə yaxın insana yardım edib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi, 2023-cü ildə Suriyada 570 min insana yardım edib.

İHH Humanitar Yardım Vəqfi 2023-cü il ərzində Suriyanın müxtəlif bölgələrində yaşayan müharibədən zərər çəkmiş mülki şəxslərə 42 min ton ağırlığında 1658 yük maşını humanitar yardım materialı çatdırıb.

"2023-cü ildə Hatay və Kilis sərhəd qapılarından Suriyaya humanitar yardım materialları ilə dolu 1658 yük maşını göndərdik. Maşınlarda əsasən ərzaq, çörək, ədyal, yanacaq, paltar, çadır, gigiyena paketləri və müxtəlif ləvazimatlar olub. 2011-ci ildən Suriyaya göndərdiyimiz yük maşınlarının ümumi sayı 28 mini keçib”, - deyə İHH Suriya Araşdırmaları üzrə sədr müavini Yakup Işık bildirib.

Y.Işık onu da qeyd edib ki, İHH 2011-ci ildən, Suriyada vətəndaş müharibəsi başlayandan bəri ölkə daxilində müxtəlif bölgələrdə humanitar yardım işləri aparır.

Suriya xalqına dəstək olmaq istəyən xeyriyyəçilər 3072 nömrəsinə SURİYA yazıb SMS göndərərək 30 TL bağışlaya bilərlər. Daha çox ianə etmək istəyənlər İHH-nın internet saytı vasitəsilə və ya İHH bank hesab nömrəsinə SURİYA yazaraq onlayn olaraq ianə edə bilərlər.

Mövzuya görə xəbərlər