Türkiyə Qəzzaya 907 ton yardım daşıyan gəmi göndərib

Türkiyə Qəzzaya 907 ton yardım daşıyan gəmi göndərib

Bakı. TurkicWorld:

Türkiyənin İHH Humanitar Yardım Vəqfi ilə Küveytin humanitar yardım təşkilatı Küveyt Yardım Cəmiyyətinin Qəzza üçün birgə hazırladığı gəmi dünən Mersin limanından Misirə yola düşüb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, 907 ton yardım daşıyan gəmi ərzaq, çadır, çarpayı, yastıq, yorğan-döşək, xalça, adyal, təmizlik dəstləri, uşaq bezləri və yuyucu vasitələrlə yüklənib.

Gəmi Əl-Ariş limanında Misir Qızıl Aypara Cəmiyyətinə çatdırılacaq və yardım materialları buradan Qəzzaya göndəriləcək.

Xatırladaq ki, Türkiyə, ABŞ, İsveç və İngiltərənin də olduğu 12 ölkənin qeyri-hökumət təşkilatları “Beynəlxalq Azadlıq Donanması” adı altında Qəzzaya yardım göndərməyə hazırlaşır. İHH-nin koordinasiyası ilə yola düşəcək donanmada 10 gəmi olacaq. Aprelin 20-də İstanbuldan yola düşməsi planlaşdırılan donanma Aralıq dənizinə üzərək birbaşa Qəzzaya çatmağı hədəfləyir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01