İHH və Küveyt Qəzzaya yardım gəmisi göndərib

İHH və Küveyt Qəzzaya yardım gəmisi göndərib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi və Küveyt Yardım Cəmiyyəti tərəfindən ortaq hazırlanan humanitar yardım gəmisi Mersin limanından Əl-Ariş Hava Limanına yola düşüb.

TurkicWorld xəbər verir ki, yardım materialları Misir Qızıl Aypara Cəmiyyətinə, sonra isə Qəzzaya çatdırılacaq.

Məlumata əsasən, gəminin içərisində 394 min 944 ədəd hazır yemək, 10 min ədəd 5 kiloqramlıq un, 10 min ədəd ərzaq, 24 kvadratmetrlik 650 çadır, hər biri 2 min ədəd çarpayı, yastıq, yorğan örtüyü və xalçalar, 3 min 994 adyal, 30 min şəxsi gigiyena dəsti, 23 min 212 qutu uşaq bezi, 17 min 378 qutu yaş salfet, 4 min 369 qutu xəstə bezi, 10 min 397 qutu yuyucu toz və 11 min 449 qutu qabyuyan maye var.

İçərisində 907 ton 502 kiloqram ləvazimat olan yardım gəmisi ilə on minlərlə Qəzzalıya kömək edilməsi hədəflənir.

X: Lamanasadli01