Son dəqiqə

Banqladeş İHH

İHH Banqladeşdə yardım işlərinə davam edir

Bakı, TurkicWorld

Türkiyənin Humanitar Yardım Vəqfi (İHH) Banqladeşdə 5,6 milyon insanı təsir edən daşqınlardan sonra ölkəyə təcili yardım işlərini davam etdirir.

TurkicWorld xəbər verir ki, Fond tərəfindən indiyədək 18 min nəfərə isti yemək, 500 ailəyə isə pay və quru ərzaq yardımı edilib. Bundan əlavə, İHH tərəfindən yaradılmış səyyar klinika hər gün 200 nəfərə səhiyyə xidməti göstərir.

Banqladeşin şərqində yağan güclü yağışlar və Hindistan tərəfində bənd qapılarının açılması nəticəsində yaranan daşqınlardan 5,6 milyon insan zərər çəkib. Yaşayış sahələri və kənd təsərrüfatı sahələri su altında qalıb, azı 67 nəfər həyatını itirib.

Böyük seldən sonra hərəkətə keçən İHH Humanitar Yardım Vəqfi fəlakətin ilk saatlarından etibarən işlərini davam etdirir. Fondun təcili yardım işlərinin birinci mərhələsində 18 min nəfərə isti yemək, 500 ailəyə isə qida və quru ərzaq yardımı edilib.

Fondun tibbi fəaliyyətləri çərçivəsində müvəqqəti qoruma düşərgələrində olan ailələrə müayinə, diaqnostika və dərman müalicəsi xidmətləri göstərilir. Səyyar klinikada hər gün 200 nəfər mütəmadi olaraq sağlamlıq xidmətlərindən yararlanır.
İHH-nın təcili tibbi yardım səyləri əsasən Feni, Cumilla, Noakhali və Lakhmipur şəhərlərində davam edir.

İHH fondunun rəsmi internet səhifəsi vasitəsiylə yardımlarınızı Sudana çatdıra bilərsiz. https://ihh.org.tr/

Mövzuya görə xəbərlər