Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyə polisi 20 vilayətdə kibercinayətkarlara qarşı əməliyyat keçirib

Bakı. TurkicWorld:

Türkiyə polisi 20 vilayətdə kibercinayətkarlara qarşı əməliyyat keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

Təhlükəsizlik Baş İdarəsi, Kibercinayətlərlə Mübarizə İdarəsinin koordinasiyası ilə, Ərzurum Kiber Cinayətlər Şöbə Müdirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində Ərzurum mərkəzli İstanbul, Mersin, Adana, Qaziantep, Kırşehir, Sinop, Adıyaman, Tekirdağ, Bursa, Şanlıurfa, Aydın, Diyarbakır, Əskişəhər, Hakkari, İzmir, Karabük, Samsun, Kocaeli və Antalyada eyni vaxtda "CYBERGÖZ-20" əməliyyatları keçirilib.

Əməliyyatlar zamanı 64 şübhəli saxlanılıb, onlardan 33 nəfəri isə həbs olunub.

Hafiz Rufizoğlu


Mövzuya görə xəbərlər