Son dəqiqə

Türkiyə

Türkiyədə narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Balıkesir mərkəzli 3 vilayətdə həyata keçirilən narkotik əməliyyatında saxlanılaraq ədliyyəyə sövq edilən 52 şübhəlidən 50-si həbs edilib, 2-si isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

TurkicWorld xəbər verir ki, 90 qrupda 300 polis əməkdaşının iştirakı ilə ümumilikdə 44 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyata 1 helikopter və 3 PUA havadan dəstək verərkən, axtarış işlərində 14 narkotik itdən istifadə edilib. Əməliyyat zamanı 52 şübhəli saxlanılıb.

Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı onlardan 57 qram marixuana, 1,41 qram metamfetamin, 1,10 qram sirr toxumu, 43 sintetik həb, 8 ekstazi, 4 sənədsiz tapança, 4 tüfəng, tüfəng, 110 ədəd narkotik vasitə aşkar edilərək götürülüb.

Narkotik ticarətindən əldə edilən 17 min 565 türk lirəsi və oğurlandığı hesab edilən 300 avro ələ keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər