Bakı, TurkicWorld
Livana qarşı edilən kiberterror hücumları müdafiə sənayesinə edilən yatırımların nə qədər əhəmiyyətli olduğunu göstərdi.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında Jandarma və Polis idarələrinə yeni avtomobillərin verilməsi münasibətilə təşkil edilən proqramda iştirak edib.
Ərdoğan çıxışı zamanı Türkiyə Təhlükəsizlik Baş İdarəsinin və Jandarma Baş Komandanlığının inventarında olan istifadə müddəti tamamlanmış avtomobillərin dəyişdirildiyini bildirib.
2024-cü ildə PKK, FETÖ, İŞİD kimi terror təşkilatı üzvlərinə qarşı 35 min 500 əməliyyat keçirildiyini bildirən Ərdoğan “millətimizin əmin-amanlığını, ictimai asayişi pozanlar dövlətimizin polad yumruğu ilə üz-üzə gələcək” - deyə etdiyi çıxışında deyib.
Ərdoğan həmçinin Livanda baş verən partlayışlara da toxunub.
“Livana qarşı edilən kiberterror hücumları müdafiə sənayesinə edilən yatırımların nə qədər əhəmiyyətli olduğunu göstərdi”- deyə Ərdoğan bildirib.
Həmçinin Ərdoğan “vəd edilmiş torpaqları xəyal edib müstəmləkəçilik siyasətinə qayıtmaq istəyənlər yürütdüyümüz siyasətdən narahat olur”-deyib