Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Filyos Türkiyənin təbii qaz bazasına çevrilib

Bakı. TurkicWorld:

Filyos Türkiyənin təbii qaz bazasına çevrilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Bu gün hasilatımız 2,7 milyon kubmetrə çatıb. Biz bu hasilatı ən qısa zamanda 10 milyon kubmetrə, nəhayət, sutkada 40 milyon kubmetrə çatdırmağı və buradan 15 milyon evə təbii qaz verməyi hədəfləyirik. Sakarya qaz yatağında indiyədək 23 quyu qazmışıq. Bu, dünyanın ən sürətlə inkişaf edən layihələrindən birinə çevrilib. Buradan qazı BOTAŞ sistemi vasitəsilə evlərə və istehlakçılara çatdırırıq. Önümüzdəki dövrdə layihəni daha da sürətləndirərək, millətimizin, ölkəmizin, sənayemizin ehtiyac duyduğu təbii qazın əhəmiyyətli bir hissəsini buradan təmin edə biləcəyik",- deyə nazir bildirib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu isə qeyd edib ki, Filyos limanı böyük tonajlı gəmilərə xidmət göstərə biləcək.

"Ölkəmizi daha da irəli aparacaq və sektorunda lider mövqeyə çıxaracaq nəhəng logistika mərkəzi layihəsi olan Filyos Limanı illik 25 gəmi tutumlu 14 və 19 metr dərinlikdəki dokları ilə böyük tonajlı gəmilərə xidmət göstərə biləcək",- deyə Uraloğlu əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər