Son dəqiqə

İsrail Qəzza zolağı Cevdet Yılmaz

İsrailin soyqırım üçün mühakimə olunma prosesini izləyəcəyik – Cevdet Yılmaz

Bakı. TurkicWorld:

İsrailin soyqırım üçün mühakimə olunma prosesini izləyəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Beynəlxalq Ədalət Məhkəməsinin bugünkü qərarı ilə İsrailin Qəzzada törətdiyi soyqırıma görə mühakimə olunacağı müəyyən oldu. Biz soyqırım üçün İsrailin məhkəməsini sona qədər izləyəcəyik. Türkiyə daimi atəşkəsin təmin edilməsi və müstəqil Fələstin dövlətinin qurulması üçün səyləri davam etdirəcək” - deyə Yılmaz bildirib.

O, Beynəlxalq Ədalət Məhkəməsinə və məhkəmə prosesinin başlanmasına görə Cənubi Afrikaya təşəkkür edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər