Son dəqiqə

Fələstin İsrail Hakan Fidan Türkiyə XİN

Təhlükəsizliyi təhdid altında olan fələstinlilər və region ölkələridir - Hakan Fidan

Bakı. TurkicWorld:

Təhlükəsizliyi təhdid altında olan İsrail deyil, əksinə, fələstinlilər və region ölkələridir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir Fidan onu da bildirib ki, İsrailin Fələstinə qarşı hücumlarına təhlükəsizlik zəminində haqq qazandırmağa çalışması qəbuledilməzdir.

"Ümid edirik ki, Pakistan və İran arasında münaqişə nəzarət altına alınacaq. İki qardaş ölkə arasında gərginliyin artmaması üçün üzərimizə düşəni etməyə hazırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər