Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Türkiyə kənd təsərrüfatında enerji səmərəliliyinin artırılması üçün 600 milyon dollar sərmayə qoyacaq

Bakı. TurkicWorld:

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi 2024-2030-cu illər arasında enerji səmərəliliyinin artırılması üçün kənd təsərrüfatı sektoruna 600 milyon dollar sərmayə qoyulacağını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə nazirliyin rəsmi sosial media hesabında edilən paylaşımda bildirilib.

"İkinci Milli Enerji Səmərəliliyi Fəaliyyət Planı ilə kənd təsərrüfatı fəaliyyətlərinin effektiv, səmərəli və davamlı şəkildə həyata keçirilməsinə dəstək verəcəyik",- deyə paylaşımda bildirilib.

Eyni zamanda paylaşımda. 2024-2030-cu illər üçün fəaliyyət planı çərçivəsində kənd təsərrüfatı sahəsinə dair məlumatları özündə əks etdirən qrafik yer alıb. Qrafikdəki məlumatlara görə, sözügedən dövrdə kənd təsərrüfatı sektoruna 600 milyon dollar sərmayə qoyulacaq.

Bərpa olunan enerji istifadələri çərçivəsində suvarma, kənd təsərrüfatı istehsalı və anbar sahələrində tullantıların istilik bərpası və isitmə, soyutma və ventilyasiya üsulları tətbiq olunacaq. Enerji səmərəliliyi istiqamətində aparılan işlər nəticəsində sözügedən dövrdə neft ekvivalentində 1 milyon ton enerjiyə qənaət və 2,8 milyon ton tullantıların azaldılmasına nail olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər