Son dəqiqə

İran Hüseyn Əmir Abdullahian İbrahim Rəisi

Rəisini aparan helikopterin qalıqları 2,5 min metr yüksəklikdə tapılıb

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qalıqları 2,5 min metrlik yüksəklikdə tapılıb.

TurkicWorld-un məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd jurnalistlərə yeni açıqlamasında bildirib.

Onun sözlərinə görə, qəzaya uğrayan helikopterin tapılması əməliyyatında 2 mindən xilasedici iştirak edib.

Kulivənd helikopter tapıldıqdan sonra əraziyə çatmaq üçün 40 dəqiqə məsafənin qət olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər