Bakı. TurkicWorld:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
TurkicWorld xəbər verir ki, verilişin qonağı kinorejissor, Xalq artisti Oqtay Mir-Qasım olub.
O, ermənilərin danışıqlar prosesində çox vaxt aşkar şəkildə mümkünsüz tədbirlərə əl atdıqlarını qeyd edib.
"Azərbaycan Ermənistanla qarşılıqlı əlaqələrin qurulması mərhələsinə hazırlaşır. Lakin yenə də səmimi olaraq düşüncəmi demək istərdim. Erməni xalqının mentallığının bizim mentallığımız ilə heç bir ortaq cəhəti yoxdur.
Onların kompleksləri özünüməhvə gətirib çıxardı. Bu faciədir. Mən hətta bəzən bu xalqın gələcək nəsillərinə acıyıram. Uşaqların hələ körpəlikdən qulağına pıçıldayırlar ki, azərbaycanlılar bizim düşmənimizdir, gənclərin qəlblərinə və zehinlərinə zəhər axıdırlar. Onlar sırf özlərinin "əzəmət"ini göstərmək üçün çox vaxt danışıqlar prosesində çox vaxt aşkar şəkildə mümkünsüz tədbirlərə əl atırdılar", - o deyib.
Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq: