Balıkesir Universitetində həkimlər üçün ağ xalat geyinmə mərasimi keçirilib

Balıkesir Universitetində həkimlər üçün ağ xalat geyinmə mərasimi keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin (BAÜN) Tibb Fakültəsi 1-ci kurs tələbələri üçün ağ xalat mərasimi təşkil edilib.

BAÜN Atatürk Konqres və Mədəniyyət Mərkəzi Şəhid Fəthi Sekin Konfrans Salonunda təşkil edilən tədbirdə Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Prorektorlar Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay və Prof. Dr. Fatih Satıl, Tibb Fakültəsinin Dekanı Prof. Dr. Volkan Yüksel, Özbəkistan Gülüstan Dövlət Universiteti Rektor müavini Zikriyaev Zokir Mamiroviç, Bandırma Onyedi Eylül Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Hayrettin Tekümit, Səhiyyə Elmləri İnstitutunun direktoru Prof. Dr. Ziya İlhan, baş katib Yemliha Yanar, professor-müəllim heyəti, tələbələr və tələbələrin ailələri iştirak edib.

Bir dəqiqəlik sükut və İstiqlal Marşının oxunması ilə başlayan mərasimin açılışında çıxış edən Balıkesir Universiteti Xəstəxanası Baş həkimi Dos. Dr. Bahadır Çağlar və BAUN Tibb Fakültəsi Dekanı Prof. Dr. Volkan Yüksel tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu universitetin hər sahədə olduğu kimi tibb təhsilinin keyfiyyətinin yüksəldilməsinə verdiyi önəmi vurğulayıb, gələcəyin həkimi olacaq tələbələrə də uğurlu təhsil həyatı arzuladığını bildirib. Daha sonra tələbələrə, ailələrinə və professor-müəllim heyətinə təşəkkür edib.
1-ci kursda təhsil alan 184 şagirdin forma geyindiyi mərasim tələbələrin və fakültə üzvlərinin xatirə şəkli çəkdirməsi ilə sona çatıb.

X: Lamanasadli01