Son dəqiqə

Prof. Dr. Yücel Oğurlu Balıkesir Universiteti

Zihnilatif dərnəyi "Türk dövlətləri beynəlxalq piano yarışması və resitalları” adlı açılış konserti təşkil edib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti (BAÜN), Türkiyə Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə, Balıkesir Böyükşəhər Bələdiyyəsi, Balıkesir Şəhər şurası, Balıkəsir Təhsil, Mədəniyyət və İncəsənət vəqfi və Dore musiqi təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən Zihnilatif dərnəyi "Türk dövlətləri beynəlxalq piano yarışması və resitalları” adlı açılış konsertində iştirak edib.

Avlu Konqres və Mədəniyyət mərkəzində təşkil edilən konsertdə Balıkesir Böyükşəhər bələdiyyə sədrinin müavini Mehmet Birol Şahin, Balıkesir Universitetinin baş katibi Yemliha Yanar, Zihnilatif dərnəyinin sədri Zeliha Kahraman, eləcə də çoxlu qonaq və sənətsevərlər iştirak edib.

Tarık Talın idarə etdiyi konsertdə, piano ifaçısı Gökhan Aybulusun, dünya şöhrətli skripkaçı Cihat Aşkının bədii rəhbərliyi ilə qurulan və koordinatorluğu BAUN Necatibey Təhsil fakültəsinin müəllimi Dos. Dr. H. Hakan Okayın idarə etdiyi Balıkəsir Mədəniyyət Orkestri (BAKO) səhnəyə çıxıb.

Açılış konserti, sənətçilərə təşəkkürnamə və çiçək təqdim edilməsi ilə başa çatıb.

MÜSABİQƏ VƏ PROQRAMI

Çərşənbə axşamı, 12 dekabr - Yarışmacıların çıxışları ictimaiyyət üçün açıqdır.

Avlu Fatih zalı 09.00-17.00

Çərşənbə, 13 dekabr - Cem Babacan Piano Resitalı,

BAUN Atatürk Konqres və Mədəniyyət Mərkəzi Şəhid Fəthi Sekin Salonu, 16.00

Çərşənbə, 13 dekabr - Herbert Schuch Piano Resitalı,

Avlu Fatih Zal 20.00

Cümə axşamı, 14 dekabr - Yarışmacıların çıxışları ictimaiyyət üçün açıqdır.

Avlu Fatih zalı 09.00-17.00

14 dekabr Cümə axşamı - Balıkəsir Mədəniyyət Orkestrinin dirijoru Artun Hoiniç, solistlər Başar Can Kıvrak, Cem Babacan, Andrey Pisarev ilə Mükafat Mərasimi və Qala Konserti

Avlu Fatih zalı 18.30

Mövzuya görə xəbərlər