BAÜN rektoru Milli Müdafiə Universitetində "Türkiyə və Türk dünyası" adlı konfrans keçirib

BAÜN rektoru Milli Müdafiə Universitetində "Türkiyə və Türk dünyası" adlı konfrans keçirib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin (BAÜN) rektoru Prof. Dr. Yücel Oğurlu, Milli Müdafiə Universiteti (MSÜ) Quru astsubay peşə məktəbində "Türkiyə və Türk dünyası" adlı konfrans keçirib.

Konfransda, qarnizon və 9-cu Əsas Jet baza komandiri Hv. plt. Briqadir Cihangir Kemal Yüzçelik, MSÜ Quru Asb. Peşə məktəbi komandiri briqadir İsmail Analı, MSÜ Quru Asb. Peşə məktəbi incəsənət. Prof. Dr. Şenol Çelik, Baxım, sursat Məktəbi və Təhsil mərkəzi komandiri rəis müavini. Alb. Çağrıhan Dalğan, prorektorlar Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay, Prof. Dr. Fatih Satıl, Peşə mətəbi heyəti və hərbi heyət iştirak edib.

Konfransda Türkiyə və Türk dünyası haqqında etdiyi çıxışda, tarixi, geosiyasi, iqtisadi, siyasi və mədəni kontekstdə qiymətləndirmələr aparan Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu da ortaq dil birliyi çərçivəsində açıqlamalar verib. Türk Dövlətləri Təşkilatını, Türk dünyası üçün konkret və uğurlu addım kimi dəyərləndirən rektor Oğurlu, Türk dünyası ilə bağlı imkanların, üstünlüklərin təhlili çərçivəsində əldə etdiyi nəticələri də diqqətə çatdırıb.

Konfrans qarnizonu və 9-cu Əsas Jet Baza Komandiri Hv. plt. Briqadir Cihangir Kemal Yüzçelik, MSÜ Quru Asb. Peşə məktəbi komandiri briqadir İsmayıl Analı tərəfindən rektor Prof. Dr. Yücel Oğurluya təşəkkür edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_