Balıkesir Universitetinin rektoru beynəlxalq tələbələrlə görüş keçirib

Balıkesir Universitetinin rektoru beynəlxalq tələbələrlə görüş keçirib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetində (BAÜN) Türk Dili Tədrisi Tətbiq və Araşdırma Mərkəzi (TÖMER) tərəfindən mərkəzin tələbələri üçün BAUN rektoru Prof. Dr. Yücel Oğurlunun və rəhbərliyin iştirakı ilə "Hər Dildən, Bir Ürək" mövzusunda TÖMER Görüşləri-1 tədbiri təşkil edilib.

BAUN Necatibey Təhsil Fakültəsi Prof. Dr. Halil İnalcık Salonunda təşkil edilən proqramda BAUN-un rektoru Prof. Dr. Yücel Oğurlu, Prorektorlar Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay və Prof. Dr. Fatih Satıl, Necatibey Təhsil Fakültəsinin Dekanı Prof. Dr. Mehmet Baştürk, Xarici Dillər məktəbinin direktoru Dr. Halil Küçükler, Türk dili Tədris Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Ruhi İnan, Beynəlxalq Əlaqələr Araşdırma və Tətbiq Mərkəzinin direktoru Dos. Dr. Seda Şahin, TÖMER işçiləri və çox sayda beynəlxalq tələbə iştirak edib.

BAUN TÖMER Direktoru Prof. Dr. Ruhi İnanın açılış nitqi ilə başlayan tədbirdə BAUN rektoru Prof. Dr. Yücel Oğurlu çıxışında yeni tədris ilinin TÖMER tələbələri üçün xeyirli olmasını arzulayıb.

Universitet üçün beynəlmiləlləşmə hədəfinin əhəmiyyətini vurğulayan rektor Oğurlu beynəlxalq tələbələrin sayının artdığını diqqətə çatdırıb və müxtəlif mədəniyyətlərdən olan tələbələri Balıkesirdə qəbul etməkdən məmnunluqlarını ifadə edib. Rektor Oğurlu tələbələrə türk dilini öyrənmələri və inkişaf etdirmələri ilə bağlı tövsiyələr də verib.

Tədbir beynəlxalq tələbələrin öz ölkələrinə aid mahnı və şeirlər səsləndirməsi ilə sona çatıb.