Balıkesir Universitetində Cümhuriyyətin 100-cü ildönümü münasibətilə "Türk Dünyası Musiqisi" konserti keçirilib

Balıkesir Universitetində Cümhuriyyətin 100-cü ildönümü münasibətilə "Türk Dünyası Musiqisi" konserti keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetində (BAÜN) Ulukök Türk Dünyası Musiqi Ansamblı tərəfindən “Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü konserti” keçirilib.

BAÜN Atatürk Konqres və Mədəniyyət Mərkəzi Malazgirt Konfrans Salonunda keçirilən tədbirdə Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Prorektorlar Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay, Prof. Dr. Fatih Satıl, senat üzvləri, akademik və inzibati heyət, tələbələr və sənətsevərlər iştirak edib.

Bir dəqiqəlik sükut və İstiqlal Marşının oxunmasından sonra Necatibey Təhsil Fakültəsi Musiqi Təhsili Departamentindən Dos. Dr. H. Hakan Okay açılış nitqi ilə çıxış edib.

Daha sonra Bursa Uludağ Universitetinin müəllimi Dos. Dr. Erdem Özdemirin idarə etdiyi Ulukök Türk Dünyası Musiqi Ansamblının ifasında tamaşaçılar əllərindəki türk bayraqlarını dalğalandıraraq Türk Dünyası melodiyalarını müşayiət ediblər. Dos. Dr. Erdem Özdemirin melodiyalar və alətlər haqqında məlumat verdiyi tədbirin sonunda Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu tərəfindən Ulukök Türk Dünyası Musiqi Ansamblına təşəkkürnamə təqdim olunub.