Son dəqiqə

ABŞ Türkiyə Ticarət nazirliyi Ömər Bolat

Ömər Bolat və ABŞ-ın ticarət naziri iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat və ABŞ-ın ticarət naziri Cina Raymondo arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı tərəflər ABŞ-Türkiyə ikitərəfli və ticari əlaqələrinin gücləndirilməsi, rəqəmsal iqtisadiyyat və enerji sahələrində davam edən əməkdaşlıq məsələlərini müzakirə edib.

Məlumata əsasən, Raymondo ABŞ-ın yaşıl texnologiyasının ümumi iqlim dəyişikliyi məqsədlərinə töhfə vermək potensialını vurğulayıb.

Bundan əlavə, ABŞ-ın ticarət naziri türkiyəli həmkarını Vaşinqtona dəvət edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin ən böyük ticarət konfransı olan "Trade Winds" 2024-cü ildə İstanbulda keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər