Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi polad

Yanvar-aprel aylarında Türkiyənin İsrailə polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin İsrailə polad məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 61 faiz azalaraq, 121,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyə İsrailə 16,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 80,9 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər