Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin Yaxın Şərqlə ticarət dövriyyəsi 35 milyard dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin iyul ayında Türkiyənin Yaxın Şərq ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 13,1 faiz artaraq 3 milyard 793 milyon 628 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Yaxın Şərq ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,7 faiz artaraq, 24 milyard 796 milyon 236 min dollar olub.

“Bu ilin iyul ayında Türkiyənin Yaxın Şərq ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 1 milyard 822 milyon 215 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Yaxın Şərq ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 16,4 faiz azalaraq, 10 milyard 965 milyon 669 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.

“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər