Bakı. TurkicWorld:
Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 21,5 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,9 faiz artaraq, 4,8 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dollara çatdırıb.
"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib