Türkiyə Rəfah sərhəd-keçid məntəqəsinə yaxın ərazidə səhra xəstəxanası quracaq

Türkiyə Rəfah sərhəd-keçid məntəqəsinə yaxın ərazidə səhra xəstəxanası quracaq

Bakı. TurkicWorld:

Türkiyə Rəfah sərhəd-keçid məntəqəsinə yaxın ərazidə səhra xəstəxanası quracaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"İsrail, Misir və Türkiyədən ibarət üçtərəfli koordinasiya qrupu Qəzzadan xəstələrin köçürülməsi üzərində işləyir. Bu günə qədər 144-ü xəstə, 86-sı xəstə baxıcısı olmaqla 200 nəfər Türkiyəyə gətirilib. Xəstələrimiz hazırda reanimasiyada müalicə alırlar. Ötən gün mən İsrailin səhiyyə naziri ilə, bu gün isə Misirin səhiyyə naziri ilə telefon danışığı apardım. Düşünürəm ki, yaxın günlərdə biz bu ərazidə daha yaxşı infrastruktura malik səhra xəstəxanası qura biləcəyik və belə olan halda xəstələri yerində müalicə etmək imkanımız olacaq. 20 təcili yardım maşınımız lisenziyası ilə sərhəddə gözləyir. Onlar da bizim səhra xəstəxanamızla birlikdə Qəzzaya keçəcəklər",- deyə nazir bildirib.

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_