İsrail Qərb üçün böyük bir yükə çevrilib - TBMM sədri

İsrail Qərb üçün böyük bir yükə çevrilib - TBMM sədri

Bakı. TurkicWorld:

ABŞ və Qərb nə qədər dəstəkləsə də, İsrail artıq onlar üçün böyük bir yükə çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

"İsrailin vəhşi hücumları parlamentdəki bütün siyasi partiyaların imzaladığı iki ayrı birgə bəyannamədə pislənildi. İsrailin törətdiyi bəşəriyyətə qarşı cinayətlərin beynəlxalq məhkəmələrə verilməsi vacibdir. Qəzzaya hər cür humanitar yardımın çatdırılması üçün beynəlxalq əlaqələr qururuq. Təəssüf edirəm ki, bəzi ölkələr İsrail tərəfdarıdır. Biz onların müqaviməti ilə qarşılaşırıq. Daha böyük gücə və daha böyük imkanlara malik müstəqil Fələstin dövlətinin qurulması üçün mübarizəmizi davam etdirəcəyik. Türkiyə bu problemi qısa zamanda həll etmək üçün qurulacaq mexanizm çərçivəsində əldə olunacaq atəşkəsin qorunması baxımından qarant dövlət olaraq Fələstin torpaqlarında səylərini davam etdirəcək”,- deyə Kurtulmuş bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

.