Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Türkiyə Avropada ən sıx neft kəşfiyyatı fəaliyyətinə malik ölkədir - MAPEG direktoru

Bakı. TurkicWorld:

Türkiyə Avropada ən sıx neft kəşfiyyatı fəaliyyətinə malik ölkədir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft Məsələləri (MAPEG) üzrə baş direktoru Arslan Narin deyib.

"Türkiyə kəşfiyyat və hasilat fəaliyyətini 33-ü yerli, 10-u xarici kapital olmaqla 43 şirkətlə davam etdirir. 2020-ci ildə xam neftin qiymətindəki dəyişkənlik və pandemiyanın təsiri ilə ümumilikdə 106 quyu açıldığı halda, 2021-ci ildə 175, keçən il isə 191 quyu açılıb. Bu il isə Türkiyədə 195 quyu açılıb, ümumilikdə 418 min kvadratmetr qazma işi aparılıb. Bu rəqəmlərin ilin sonuna kimi daha da artacağını gözləyirik. Bu rəqəmlərlə Türkiyə Avropanın ən sıx neft kəşfiyyat fəaliyyətinə malik ölkəsi olub",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər