Roketsan texnologiya məhsulları Misir Müdafiə Sərgisində nümayiş etdirilir (ÖZƏL)

Roketsan texnologiya məhsulları Misir Müdafiə Sərgisində nümayiş etdirilir (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin mərmi və sursat sahələrində dünya səviyyəsindəki ən əhəmiyyətli şirkəti Roketsan Misir Müdafiə Sərgisində (EDEX) iştirak edir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Roketsan mühüm kommersiya görüşləri keçirəcəyi bu sərgidə ən son texnologiya məhsullarını da nümayiş etdirəcək.

Burada şirkətin TRLG-230 raketi, MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatları, lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raket kompleksi L-UMTAS, orta mənzilli tank əleyhinə silah sistemi OMTAS, KARAOK qısa mənzilli tank əleyhinə silah və ATMACA gəmi əleyhinə raketi nümayiş etdiriləcək.

Qeyd edək ki, 400-dən çox şirkəti və beynəlxalq miqyasda 30 mindən çox iştirakçını qəbul edən EDEX 2023 bu gün Misirdə başlayıb. Bu il üçüncü dəfə keçirilən və dekabrın 7-dək davam edəcək sərgidə Türkiyə müdafiə sənayesi üçün mühüm imkanlar var. Roketsan geniş məhsul çeşidi və təcrübəli heyəti ilə iştirak etdiyi sərgidə əhəmiyyətli ixrac uğurları əldə etməyi, Türkiyə ilə Misir arasında müdafiə sənayesi əlaqələrinin qurulmasında mühüm rol oynamağı hədəfləyir.

X: Lamanasadli01