Son dəqiqə

ROKETSAN ROKETSAN milli raket istehsalında yeni mərhələyə keçir ROKETSAN istehsal gücünü kəskin artırır ROKETSAN-dan rekord ixrac və yeni strateji layihələr ROKETSAN mühimmatı hədəfi tam vurdu: AKINCIdan dəqiq zərbə

ROKETSAN Səudiyyə Ərəbistanında sənaye ekosistemini təqdim edib

BAKI, TurkicWorld, Nailə Babazadə

ROKETSAN Türkiyənin milli raket və sursat layihələrində iştirak edən 15 kiçik və orta sahibkarlıq subyektini beynəlxalq arenada təqdim edib.

TurkicWorld xəbər verir ki, şirkət Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show sərgisində strateji tərəfdaşları ilə birlikdə iştirak edərək formalaşdırdığı sənaye ekosistemini nümayiş etdirib. Bu addım alt podratçıların da qlobal bazara çıxışını hədəfləyir.

Tədbirdə iştirak edən şirkət nümayəndələri bildiriblər ki, ROKETSAN çətiri altında beynəlxalq sərgidə təmsil olunmaq ixrac imkanlarını genişləndirir və şirkətlərin qlobal bazarda mövqeyini gücləndirir.

Tərəfdaş şirkətlər əsasən raket gövdələri, qanad sistemləri, axtarıcı başlıqlar və elektron idarəetmə sistemlərinin istehsalı ilə məşğul olur. Onların sözlərinə görə, bu əməkdaşlıq məhsulların real şəraitdə sınaqdan keçirilməsi və beynəlxalq müdafiə bazarında pay qazanmaq üçün mühüm imkan yaradır.

Mövzuya görə xəbərlər