Son dəqiqə

Sudan səmasında AKINCI zəfəri: Çin istehsalı olan sistem məhv edildi Türkiyə TİHA-sı Sudan ordusuna qələbə qazandırdı: FK-2000 vuruldu ROKETSAN mühimmatı hədəfi tam vurdu: AKINCIdan dəqiq zərbə Türk PUA-ları Çin texnologiyasına qarşı: Sudanda baş verən gizli əməliyyat Bayraktar AKINCI Sudan vətəndaş müharibəsində: Strateji imha Hava hücumundan müdafiə sistemlərinin qənimi: AKINCI yenə gündəmdədir Sudan'da AKINCI TİHA şov: Çin yapımı hava savunma sistemi vuruldu ROKETSAN mühimmatlarıyla tam isabet: FK-2000 etkisiz hale getirildi Bayraktar AKINCI'dan Sudan'da stratejik hamle: RSF darbe aldı Türk SİHA'ları Çin sistemlerini avlıyor: Sudan'da tarihi operasyon MAM-L ve MAM-T yine devrede: AKINCI sistemleri kör etti Türk savunma sanayii gövde gösterisi yapıyor: Sudan operasyonu

Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Sudan Ordusunun arsenalında yer alan "Bayraktar AKINCI" Hücum Tipli Pilotsuz Uçuş Aparatı Cənubi Kurdufan yaxınlığında keçirilən əməliyyatda strateji uğura imza atıb.

TurkicWorld xəbər verir ki, əməliyyat zamanı Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus Çin istehsalı olan "FK-2000" Hava Hücumundan Müdafiə Sistemi ROKETSAN mühimmatı ilə vurularaq sıradan çıxarılıb. Qeyd edək ki, "FK-2000" sistemi Rusiyanın "Pantsir" kompleksinə bənzər imkanları ilə tanınır və həm zenit toplarına, həm də yer-hava tipli raketlərə sahibdir.

Ekspertlərin rəyinə görə, əməliyyatda ROKETSAN istehsalı olan "MAM-L" və ya "MAM-T" ağıllı cihazlarından istifadə edilib. Xüsusilə bu cihazların sahib olduğu infraqırmızı (IIR) və TV başlıqlı idarəetmə sistemləri hava hücumundan müdafiə vasitələrinin dəqiq məhv edilməsində həlledici rol oynayıb. Məlumata görə, 25 kilometr mənzilə malik olan "FK-2000" sistemi "AKINCI" tərəfindən daha uzaq məsafədən, sistemin özü hədəfi aşkarlamadan vurulub.

Bu hadisə Liviya, Suriya, Qarabağ və Ukraynadan sonra Türk PUA-larının hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi missiyalarındakı üstünlüyünü bir daha dünya gündəminə daşıyıb. Əsas məqsədi PUA və qanadlı raketləri vurmaq olan bir sistemin məhz TİHA tərəfindən məhv edilməsi hərbi texnologiya tarixində mühüm nailiyyət hesab olunur.