Qəzzalı xəstə uşaqlar Türkiyəyə gətirilir - Koca

Qəzzalı xəstə uşaqlar Türkiyəyə gətirilir - Koca

Bakı. TurkicWorld:

Türkiyədən Qəzzaya yardım aparan 12-ci təyyarə, geri dönərkən qəzzalı xəstə uşaqları və xəstə baxıcılarını da gətirəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bugün Türkiyədən 8 ton dərman və tibbi ləvazimatla yüklənən, o cümlədən içərisində həkimlər və tibb bacıları olan Türkiyə Milli Müdafiə nazirliyinin Hərbi Hava Qüvvələri Komandanlığına aid C-130 Hercules tipli təyyarə Qəzzaya göndərilib. Təyyarədə inkubator, anesteziya cihazı, yenidoğulmuşların süni nəfəs aparatı, əməliyyat masası, tavan lampası və bir çox tibbi cihaz olub. Təyyarə geri dönərkən əksəriyyəti uşaqlar olan xəstələri və xəstə baxıcılarını Türkiyəyə gətirəcək",- deyə nazir bildirib.

Qeyd edək ki, indiyədək Türkiyədən Qəzzaya 11 təyyarə, bir gəmi, təxminən 700 ton humanitar yardım və tibbi ləvazimat, 8 səhra xəstəxanası və 20 təcili yardım maşını göndərilib.

Aytac Süleymanova

Twitter: a_alieva_