Qəzzadan təxliyə edilən 100 Türkiyə və KKTC vətəndaşı İstanbula gətirilib

Qəzzadan təxliyə edilən 100 Türkiyə və KKTC vətəndaşı İstanbula gətirilib

Bakı. TurkicWorld:

Qəzzadan təxliyə edilən 100 nəfər Türkiyə və Şimali Kipr Türk Respublikasının vətəndaşı İstanbula gətirilib.

TurkicWorld xəbər verir ki, təxliyyə Türkiyə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) koordinasiyası ilə həyata keçirilib.

Məlumata əsasən, Türkiyə və KKTC vətəndaşlarını İstanbul Hava Limanında Xarici İşlər Nazirliyi və AFAD rəsmiləri qarşılayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

X: Lamanasadli01