Bakı. TurkicWorld:
Qəzzaya 800 tona qədər humanitar yardım göndərmişik.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İsrail qadınları, uşaqları, qocaları, körpələri və yaralıları hədəf alır. Bu barbarlıq və dövlət terrorizmidir. Dünya İsrailin xəstəxanalara hücumunu seyr etməyə davam edir.” – deyə o bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə tarixi missiyasını 'yatmaq'la deyil, çətinliyə düşənlərə yardım etməklə yerinə yetirir.
Hafiz Rufizoğlu