Ərdoğan Qəzzadan Türkiyəyə gətirilən xəstələri ziyarət edib

Ərdoğan Qəzzadan Türkiyəyə gətirilən xəstələri ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadan Ankaraya gətirilən xəstələri ziyarət edib.

TurkicWorld xəbər verir ki, Bilkent Şəhər Xəstəxanasına gələn R.T.Ərdoğan xərçəng xəstələrini bir-bir ziyarət edərək onlarla söhbət edib.

Məlumata əsasən, xəstələrin müalicə olunduğu Onkoloji Xəstəxanaya gələn prezident Ərdoğanı səhiyyə naziri Fahrettin Koca, xəstəxananın baş həkimi Prof. Dr. Ercan Yeni və həkimlər müşayiət edib. Türkiyə prezidenti xəstələrə tək-tək baş çəkərək sağlamlıq vəziyyətləri ilə bağlı məlumat alıb.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 15 noyabr tarixində Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzada xərçəng xəstələrinin Türkiyəyə gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

Bu gün Qəzzadan 27 xəstə Bilkent Şəhər Xəstəxanasına gətirilərək müalicələrinə başlanılıb.

X: Lamanasadli01