Türkiyənin Səhiyyə naziri Misirə rəsmi səfər edib

Türkiyənin Səhiyyə naziri Misirə rəsmi səfər edib

Bakı. TurkicWorld:

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzada xərçəng xəstələrinin Türkiyəyə gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

TurkicWorld-un məlumatına görə, Fahretttin Koca, həmkarı ilə Nasser Xərçəng İnstitutu Xəstəxanasına gedərək xəstələrə baş çəkəcək.

Məlumat üçün bildirək ki, Türkiyə daha əvvəl Qəzza üçün Misirin Əl Ariş hava limanına dərman, tibbi istehlak materialları, tibbi cihaz və generatorlardan ibarət səkkiz yük təyyarəsi göndərib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

​Aytac Süleymanova

Twitter: a_alieva_