Bakı. TurkicWorld:
Can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ətraf-mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, Azərbaycana etdiyi rəsmi səfəri zamanı deyib.
“Bakı səfirliyimizdə keçirilən proqramda Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev və səfirimiz cənab Cahit Bağcı ilə görüşdük. Hər zaman bir millət, iki dövlət devizi ilə çiyin-çiyinə dayandığımız Can Azərbaycanla bir çox məsələlərdə əməkdaşlığımızı və birgə layihələrimizi davam etdirəcəyik”, - deyə o bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_