Bakı. TurkicWorld:
Türkiyənin Kahramanmaraş vilayətindəki Trabzon və Azərbaycan küçələrini əvvəlki halına qaytaracağıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki açıqlama verib.
"Zəlzələdən zərərçəkmiş Kahramanmaraşı mədəni zənginliyi, tarixi irsi və yerli orijinallığı ilə bir araya gətirəcək və yenidən canlandıracağıq. Kahramanmaraş əvvəlkindən daha təhlükəsiz və dayanıqlı şəhər olacaq", - deyə o əlavə edib.
Məlumata əsasən, Kahramanmaraşda 82 min 104 yaşayış evi, 34 min 504 ticarət sahəsi inşa ediləcək.
Qeyd edək ki, aprelin 29-da Azərbaycanın Kahramanmaraş vilayətində tikəcəyi 1000 evlik məhəllənin tikintisinə 24 sinif otağı olan ibtidai məktəbin təməlinin qoyulması ilə başlanılıb.