Bakı. TurkicWorld:
Netenyahu höküməti nasistlərlə eyni fəaliyyətləri edir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
O qeyd edib ki, Netanyahu hökuməti indi nasistlərin etdiklərini edir və dünya bunu dayandırmalıdır.
“Gündə ən azı 500 yardım maşını Qəzzaya daxil olmalıdır. Amma indiyədək cəmi 500 yardım maşını belə içəri daxil olmayıb. Qəzzanın tamamilə boşaldılması kimi bir şeyi heç vaxt qəbul edə bilmərik. Hal-hazırda atəşkəs və ya humanitar fasilə olacağı müzakirə edilir. Netanyahu hökuməti də humanitar müdaxiləyə qarşıdır.” – deyə Çelik bildirib.
O, Türkiyənin qarantlıq məsələsinin reallaşması istiqamətində də səylərin davam etdiyini vurğulayıb.
“Hazırda Netanyahu hökuməti HƏMAS-a qarşı mübarizə apardığını desə də, Fələstində təxminən 10 mindən çox insan həyatını itirib. Netanyahunun zehniyyəti İŞİD-dən fərqlənmir.” – deyə Ömər Çelik qeyd edib.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 10 mini keçib.
Hafiz Rufizoğlu